Moskvadan ermənilərə QAZLI yalan –Kreml İFŞA oldu

Rusiya Ermənistan hakimiyyətini qazın qiymətini qaldıracağı ilə təhdid edir. Növbəti hədə Dövlət Dumasının sədri Vyaçeslav Volodindən gəlib. O, Ermənistanın baş naziri Nikol Paşinyanı kəskin tənqid edərək, Ermənistan rəhbərliyini əhalini Avrasiya İqtisadi Birliyindən çıxmağın mümkün fəsadları barədə məlumatlandırmamaqda günahlandırıb.

Rusiya ilə Ermənistan arasında gərginlik pik həddə... İrəvana rəsmi  xəbərdarlıq edildi - bütün güzəştlər ləğv ediləcək... - Baki-Xeber.com

Volodin deyib ki, Ermənistan AİB-dən çıxacağı halda ölkə sakinləri üçün qazın qiyməti təxminən 4 dəfə bahalaşacaq. Volodin fikirlərini bu sözlərlə tamamlayıb: "Aydındır ki, Paşinyanı erməni xalqının taleyi və Ermənistanın dövlətçiliyi maraqlandırmır. O, bu yolla fərdi hakimiyyətini qoruyub saxlayacağını düşünür. Bunun bədəli çox ağır olacaq".

Bəs bu cür iqtisadi xarakterli təhdidlər seçicilərin mövqeyinə necə təsir edə bilər?

fikret yusifov | Banker.az

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Musavat.com-a bildirib ki, Rusiya bu cür üsullarla seçicilərə təsir göstərməyə çalışır. “Lakin bir həqiqət var ki, Rusiya rəsmilərinin bu günlərdə Ermənistanla bağlı verdikləri hər bir bəyanat Paşinyanın və onun partiyasının nüfuzunu bir qədər də artırır”,_ deyə F.Yusifov vurğulayıb. Onun sözlərinə görə, Rusiya rəsmiləri deyirlər ki, “Ermənistana qazı dünya bazar qiymətindən üç dəfə ucuz satırıq”.
“Bəs əslində bu qiymətlər necədir? Bəli, ruslar doğru deyirlər, onlar “Qazprom” şirkətinin Ermənistandakı törəmə təşkilatına dünya bazar qiymətlərindən üç dəfə ucuz satırlar. Ancaq “Qazprom”un bu törəmə şirkəti həmin qazı Ermənistan əhalisinə Avropadakı qiymətlərlə satır. Yəni Rusiyadan üç dəfə ucuz alınan qaz Ermənistan əhalisinə üç dəfə baha qiymətə satılır və bu qiymət fərqi “Qazprom”un Ermənistandakı törəmə şirkətinin cibinə gedir”,_ deyə ekspert bildirib.

F.Yusifov hesab edir ki, erməni cəmiyyəti bunu bilir: “Ona görə qazın qiymətinin qaldırmaq təhdidləri və ümumiyyətlə, Ermənistanın sıxışdırılması erməni cəmiyyətində daha çox Rusiyanın özünə qarşı narazılığın artmasına gətirib çıxarır. Siyasi təcrübə göstərir ki, xarici təhdidlər əks effekt verir. Rusiyanın qaz qiymətləri, ticarət məhdudiyyətləri və digər iqtisadi rıçaqlarla bağlı sərt mesajları erməni xalqında anti-Rusiya əhvalını daha da gücləndirəcək”.

Etibar Seyidağa,
Musavat.com

02.06.2026 16:10
1211