Rusiyanın paytaxtında WhatsApp messencerində genişmiqyaslı nasazlıq müşahidə olunur.
Musavat.com xəbər verir ki, istifadəçilər tətbiqin nə Wi-Fi, nə də mobil internet üzərindən işləmədiyini bildirirlər. Operator fərqi yoxdur, mesajlar göndərilmir və qəbul olunmur.
Xatırladaq ki, 2025-ci ilin avqustundan Rusiya hakimiyyəti “təhlükəsizlik və dələduzluqla mübarizə” ilə bağlı WhatsApp və Telegram-da səsli və tez-tez video zənglərə məhdudiyyət tətbiq edib.
Bundan əvvəl isə dünən bütün Moskva üzrə internetin çökməsi barədə məlumatlar yayılmışdı. Bugünkü tam bloklanma sosial şəbəkələrdə ciddi narazılıq yaradıb.
Musavat.com