Moskva yaxınlığında GÜCLÜ YANĞIN - ölənlər var

Moskva yaxınlığında “Platan” elmi-tədqiqat institutunun yerləşdiyi inzibati binada güclü yanğın başlayıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğında iki nəfər ölüb.

Hadisə Fryazin şəhərindəki Zavodskoy proezd, bina 2-də baş verib.

Jurnalistlər qeyd ediblər ki, qurbanlardan biri qaçmağa çalışaraq çölə atılıb, ikincisi isə bədəninin böyük hissəsi yanmış vəziyyətdə yıxılıb. Bildirilir ki, binada olan iki nəfər də ölüb.

Əməliyyat xidmətindəki mənbə “RİA Novosti”yə bildirib ki, yanğın zamanı binada partlayış da baş verib:

“Binada partlayış olub. Nəyin partladığına aydınlıq gətirilir. Yanğınsöndürənlər perimetr ətrafında işləyir, 9 nəfər hələ də içəridə qalıb”.

Agentliyin məlumatına görə, tüstü çox güclüdür və binanın yaxınlığında çoxlu sayda yanğınsöndürən maşın var. Bundan başqa, iki yanğınsöndürən yanğını söndürərkən dəm qazından zəhərlənib. Onlardan biri təcili xəstəxanaya yerləşdirilib.

İçəridəki tikililər dağılıb. Beşinci, altıncı, yeddinci və səkkizinci mərtəbələr yanır - damın uçma təhlükəsi var.

Moskva Aviasiya Mərkəzindən ikinci Ka-32 xilasedici helikopteri yanan binaya uçub.

Musavat.com

24.06.2024 18:35
1023