Möhtəşəm yolasalma: minlərlə azarkeş Türkiyə millisinin arxasınca kortejlə hərəkət etdi - Video

Türkiyə milli futbol komandası DÇ-2026 oyunlarına yollanarkən azarkeşlər komandanı möhtəşəm şəkildə yola salıblar.

Musavat.com xəbər verir ki, İstanbulda minlərlə tərəfdar avtomobillərinə Türkiyə bayraqları asaraq böyük kortej yaradıb. Azarkeşlərin avtomobil karvanı milli komandanın avtobusunu müşayiət edərək şəhərin əsas magistralları və İstanbulun simvolik körpülərindən biri üzərindən hərəkət edib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə yüzlərlə avtomobilin qırmızı-ağ bayraqlarla bəzədildiyi, azarkeşlərin fit səsləri və şüarlarla futbolçulara dəstək verdiyi görünür. Görüntülər qısa müddətdə böyük maraq doğurub.

DÇ-2026 ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək və turnir tarixində ilk dəfə olaraq 48 komandanın iştirakı ilə təşkil olunacaq.

Milli komandanın hava limanına qədər müşayiət olunması Türkiyə futbolunda son illərin ən təsirli azarkeş aksiyalarından biri kimi qiymətləndirilir. Azarkeşlər bununla futbolçulara dünya çempionatı öncəsi mənəvi dəstək nümayiş etdiriblər.

Musavat.com

03.06.2026 19:51
602