Sosial mediada "Mimi Şəfəq" adı ilə tanınan bloger və iş xanımı Şəfəq Məmmədova ailə həyatı qurub.
Musavat.com xəbər verir ki, Şəfəq Məmmədova Emil adlı bəylə nikah masasına əyləşib.
Cütlüyün toyu Bakının məşhur restoranlarından birində keçirilib.
Ötən il İtaliyada nişanlanan cütlüyün xoş gününə çoxsaylı blogerlər və sosial media fenomenləri də qatılıblar.
Şəfəqin toy mərasimindən paylaşılan görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş maraq doğurub və izləyicilər tərəfindən bəyənilib.
KönülMusavat.com