Məşhur repçidən açıqlama: "Məni polis saxlamayıb"

Məşhurlara qarşı keçirilən narkotik əməliyyatında adı hallanan “Blok 3” təxəllüslü Hakan Aydın jurnalistlərin suallarını cavablandırıb.

Musavat.com xəbər verir ki, repçi haqqında yayılan saxlanılma xəbərlərini təkzib edib:

“ "Hakanı apardılar" deyə bir şey yoxdur. Səhv evə gediblər, ora mənim evim deyil. Gedib ifadəmi verəcəyəm”.

Qeyd edək ki,  İstanbul İl Jandarma Komutanlığı əməkdaşları tərəfindən 21 may 2026-cı il saat 07:00-dan etibarən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında yerləşən 24 ünvanda, həmçinin Muğlada 1 ünvanda olmaqla ümumilikdə 25 ünvanda əməliyyat keçirilib. Əməliyyat zamanı 25 şübhəli barəsində axtarış və saxlanılma tədbirləri həyata keçirilib.

Saxlanılan şəxslərin siyahısında aşağıdakı adlar yer alır:

Serenay Sarıkaya

Berkay Şahin

Tan Taşçı

Yağmur Ünal

Mirgün Cabas

Mabel Matiz

Feyza Civelek

Niran Ünsal

Onur Tuna

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Könül

Musavat.com

 
 
21.05.2026 19:22
448