Məşhur aktrisa evləndi – gəlinlik fotosunu paylaşdı

45 yaşlı məşhur türk əsilli aktrisa Sibel Kekilli sosial media hesabında gəlinlikdə fotosunu paylaşaraq evləndiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, aktrisa toyun harada keçirildiyi və həyat yoldaşının kimliyi barədə hələlik məlumat verməyib. Paylaşım qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sibel Kekilli Almaniyanın Haylbronn şəhərində anadan olub. O, xüsusilə “Taxt-tac oyunları” serialında canlandırdığı Şae obrazı ilə dünya şöhrəti qazanıb. Aktrisa həmçinin “Divara qarşı” filmi ilə beynəlxalq festivallarda tanınıb və bir sıra nüfuzlu mükafatlara layiq görülüb.

 

Musavat.com

25.05.2026 00:34
658