“Məmurlar arasında xanımı hicablı olanların sayı çoxdur”

Müsəlman Alimlər Liqası və Əfqanıstandakı bəzi ekstremist din xadimləri Tacikistanda hicab qadağasına cavab olaraq “cihad” elan ediblər 

Tacikistanda qadınların hicab və satra geyinməyi qadağan edən qanunun qəbulu ciddi müzakirələr qəbul edilib. Tacikistan parlamentinin yuxarı palatası “Ənənələrin və ritualların sadələşdirilməsi haqqında” təsdiqlədiyi qanun layihəsini Tacikistan prezidenti Emoməli Rəhmon imzalayıb. Beləliklə, qanun qüvvəyə minib.

Musavat.com “Nezavisimiya qəzeta”ya istinadən verdiyin xəbərə görə, hakimiyyət bu qanunu qəbul etməklə “Crocus City Hall”da martda baş verən terror aktından sonra sarsıdılmış dünyəvi dövlət imicini gücləndirməyə, Rusiya, Çin və Qərbin dəstəyini almağa çalışır.

“Tacikistan hakimiyyəti cəmiyyətin radikallaşması ilə mübarizəyə 10 ildən artıqdır ki, başlayıb. Eyni zamanda, ölkədə bəziləri qeyri-qanuni elan edilərək bağlanan məscid və mədrəsələr yenidən dövlət qeydiyyatına alınıb. Hətta o zaman ciddi rezonansa səbəb oldu. Eyni zamanda, kişilər üçün saqqal, qadınlar üçün isə hicab qadağaları başlayıb. 2016-cı ildən Tacikistan dini azadlıqları pozan ölkələrin qara siyahısındadır”.  

tac.jpg (98 KB)

Tacik şairi və jurnalisti Temur Varka “Nezavisimaya qazeta”ya deyib ki, hakimiyyət hicabı qadağan edən qanun qəbul etməklə özlərini və ölkənin daxili vəziyyətini hansı risklərə məruz qoyduğunu bilir:

“Qanunun tətbiqi cəmiyyətdə qarışıq reaksiyaya səbəb olub, onu bir neçə düşərgəyə parçalayıb. İslam adət-ənənələrinə sadiq qalan bəzi vətəndaşlar qanunu öz hüquqlarına qəsd, dini hisslərin təhqiri kimi qəbul edirlər. Cəmiyyətin dünyəvi hissəsi qanunu insan hüquqlarının pozulması, dövlətin şəxsi həyata müdaxiləsi nöqteyi-nəzərindən tənqid edir. Amma hakimiyyətin hərəkətlərini dəstəkləyənlər var”. 

Nəşr yazır ki, vəziyyəti xüsusilə acınacaqlı edən odur ki, məmurlar və partiya elitası arasında arvadı hicablı olanların sayı çoxdur. Qanunun onlara şamil edilib-edilməyəcəyi isə hələ də qaranlıq qalır.

hic.jpg (74 KB)

Sual yaranır: Rəhmon niyə məhz indi bu addımı atmağa qərar verdi?

Varkey hesab edir ki, oxşar təşəbbüslər əvvəllər də vardı, lakin o zaman cəmiyyət daha sərbəst idi, ona görə də qanunun qəbulu təxirə salındı. Bu gün qurulmuş sərt totalitar sistem şəraitində isə insanların etirazlara çıxması ehtimalı azdır. Bununla belə ekspert hesab edir ki, Tacikistanda dünyəvi prinsiplərin tətbiqi Qərb tərəfindən dəstəklənəcək. Və əgər dövlət başçısının seçilməsi məsələsi ortaya çıxsa, o zaman təbii ki, Qərb Rəhmonu və ya onun varisinin dünyəvi kursunu dəstəkləyəcək.

Bu arada, Müsəlman Alimlər Liqası Tacikistanda qəbul olunmuş qanunu pisləyib və Əfqanıstandakı bəzi ekstremist din xadimləri hətta respublikada hicab qadağasına cavab olaraq “cihad” elan ediblər.

Musavat.com  

22.06.2024 18:10
1424