Məkkədə 550 zəvvar ÖLDÜ

Səudiyyə Ərəbistanında Həcc (müsəlmanların Məkkəyə illik həcc ziyarəti) zamanı ən azı 550 zəvvar ölüb.

Bu barədə AFP islam ölkələrindəki diplomatik mənbələrə istinadən xəbər verir.

Ölənlər arasında dörd rusiyalı - bir kişi və üç qadın da var. Onların elə Məkkədə dəfn olunacaqları gözlənir.

AFP-nin məlumatına görə, ölənlərdən 323-ü Misir, azı 60-ı isə İordaniya vətəndaşıdır. Basabasda ölümcül xəsarət alan bir nəfər istisna olmaqla, onların hamısının istidən öldüyü bildirilir.

Bu il Məkkədə termometr müsbət 53 dərəcəyə çatır. Agentliyin məlumatına görə, bu sayda ölüm qeydiyyatsız zəvvarların çoxluğu ilə əlaqədardır, onların gəlişi düşərgələrdə xaosa səbəb olub.

Misirin bir rəsmisinin sözlərinə görə, zəvvarlar uzun müddət yeməksiz, susuz və kondisionersiz qalıblar, sığınacaq yeri olmadığı üçün ölüblər.//AzadlıqRadiosu

19.06.2024 17:52
2030