Mehri icmasının rəhbəri Xaçatur Andreasyan həbs edilib.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
“Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən yerin təkindən və ya təbii sərvətlərdən icazəsiz istifadə, həmçinin bu məqsədlə rüşvət verilməsi və alınması ilə bağlı aparılan cinayət işi çərçivəsində, saxlanılan Meğri icmasının rəhbəri barəsində ehtiyat tədbiri olaraq həbs qətimkan tədbiri seçilib. Eyni iş çərçivəsində saxlanılan digər altı nəfər barəsində də ehtiyat tədbiri kimi həbs və ev dustaqlığı qətimkan tədbirləri tətbiq edilib”, - deyə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bildirib.
Daha əvvəl bu işlə əlaqədar səkkiz nəfəron, o cümlədən Mehri icmasının rəhbəri Xaçatur Andreasyanın saxlanıldığı barədə xəbər verilmişdi.
Musavat.com