Medvedyevdən çağırış: “Qərbdəki həyatı “tam kabusa” çevirək”

Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedyev Qərbin sanksiyalarına cavab verməyi zəruri hesab edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Telegram kanalında o, məhdudiyyətlərə cavab olaraq Qərbdəki həyatı dost olmayan ölkələrə maksimum ziyan vurmaqla “tam kabusa” çevirməyə çağırıb.

“Biz hər gün çalışmalıyıq ki, ölkəmizə və bütün vətəndaşlarımıza bu məhdudiyyətləri tətbiq edən ölkələrə maksimum zərər vuraq. Hər yerdə hər cür zərər vurmaq, şirkətlərinin və dövlət qurumlarının işini iflic etmək lazımdır. Onların ən vacib texnologiyalarında problemləri tapmaq və onları amansızlıqla vurmaq gərəkdir. Onların enerji, sənaye, nəqliyyat, bank və sosial xidmətləri sözün əsl mənasında məhv edilməlidir”, - deyə Rusiyanın eks-prezidenti, hazırda Təhlükəsizlik Şurası rəhbərinin müavini vəzifəsini tutan Medvedyev çağırış edib.

"Gəlin onların həyatını tam çılğın kabusa çevirək", - deyə Medvedev Bibliyada yer alan "gözə göz, dişə-diş" nəsihətini rəhbər tutmağı təklif edib.

Musavat.com

 

13.06.2024 13:09
613