Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb.
Musavat.com xəbər verir ki, hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.