Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)

Məktəbdə şagirdlərdən biri, üzünə düşən kimyəvi məhluldan xəsarət alıb.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, hadisə Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib.

Belə ki, sinifdə kimya dərsində keçirilən təcrübə prosesində kolba sürüşüb və içərisindəki məhlul partaya və şagirdin üzünə düşüb.

Gözünə məhlul düşən şagird , dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  

Hadisə ilə bağlı 3 saylı orta məktəbdən hər hansı bir məlumat əldə edə bilmədik.

Daha ətraflı videomaterialı təqdim edirik.

03.10.2026 02:57
1253