"Manatlıq taksi"lər yığışdırıldı: İnsanlar küçələrdə qaldı - VİDEO

20 yanvar və Moskva prospekti ərazisində "manatlıq taksi"lərin fəaliyyəti dayandırılıb.

Musavat.com xəbər verir ki, bunun nəticəsində də xüsusilə Ceyranbatan, Saraya, Sumqayıt, Xırdalan və Masazır istiqamətində yaşayan sakinlər ciddi nəqliyyat problemi ilə üzləşib.

Marşrutların azlığı və hərəkət intervalının çoxluğu nəticəsində insanlar saatlarla yollarda qalırlar.

Məsələ ilə bağlı APA TV-nin hazırladığı geniş videomaterialı təqdim edirik:

01.10.2026 08:26
1918