Makronun istefası tələb oluna bilər

“Renessans” partiyasının populyarlığının azalması fonunda Fransada siyasi böhranın həlli ölkə prezidenti Emmanuel Makronun istefasını tələb edə bilər.

“Report”un məlumatına görə, bu fikirləri “Milli Birlik” siyasi partiyasının lideri Marin Le Pen səsləndirib.

“Mən Makronu istefaya çağırmıram - güc institutlarımıza hörmət edirəm. Amma siyasi blokada və ya böhran baş verəndə üç variant var: kadr dəyişikliyi, ləğv və ya istefa.Belə şəraitdə kadr dəyişikliyi mənə faydalı görünmür. Parlamentə gəlincə, gələn il üçün artıq buraxılıb. Ona görə də prezidentin qarşısında qalan yeganə seçim siyasi böhrandan çıxmaq imkanı əldə etmək üçün istefa verməkdir”, - deyə o qeyd edib.

İyunun 9-da Fransada keçirilən Avropa Parlamentinə seçkilərdə “Milli Birlik” birinci yeri tutaraq 31 faizdən çox səs toplayıb, “Renessans” partiyası isə 14,6 faizlə ikinci yerdə olub.

22.06.2024 01:14
359