Makron uduzdu, Paris geri çəkildi - görün HARADA və KİMƏ!

Musavat.com xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron yenidən geri çəkilməli olub. Bu dəfə Yeni Kaledoniyada.

Yelisey sarayı adanın yerli sakinlərini - kanakları qəzəbləndirən seçki islahatının dayandırıldığını elan etməyə məcbur qalıb.

“Reuters” rəsmi Parisin məyusedici bəyanatından sitat gətirir: “Seçki islahatları ilə bağlı konstitusiya layihəsi dayandırılıb”.

makron.jpg (64 KB)

Xatırladaq ki, Makronun Yeni Kaledoniyada başlatdığı “seçki islahatı” adada 10 ildən artıq yaşayanların hamısının yerli plebissitlərdə səsvermə hüququna malik olmasını nəzərdə tuturdu. Son illərdə rəsmi Paris immiqrantları materik Fransadan Yeni Kaledoniyaya fəal şəkildə köçürür, yerli əhalini onların içində əridir və Kanakları azlığa çevirir. Aydındır ki, belə bir islahat yerli əhalini qəzəbləndirdi. Üstəlik, Yelisey sarayının “seçki təşəbbüsləri” Kanak milli azadlıq hərəkatının liderləri ilə əvvəllər əldə edilmiş razılaşmaları pozurdu.

Paris adadakı üsyanı güc yolu ilə yatırmağa çalışırdı. Ancaq görünən budur ki, bu, onda alınmadı.

65604c59e3f1a65604c59e3f1b170080.jpg (208 KB)

Hazırda Yeni Kaledoniya ciddi informasiya blokadası altındadır. Ancaq görünən budur ki, Paris geri çəkilməli oldu. Çünki əks halda üsyana qalxan kanakları sakitləşdirmək mümkün olmayacaqdı.

Musavat.com xatırladır ki, rəsmi Bakı Kanak xalqının haqlı mübarizəsini ardıcıl şəkildə dəstəkləyir.

Musavat.com

12.06.2024 19:46
2412