Maaşlarla bağlı ÖNƏMLİ XƏBƏR - Qanun qəbul EDİLDİ

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Musavat.com bildirir ki, qanun layihəsinə görə, Azərbaycanda iş yerləri cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq.

Layihədə qeyd olunur ki, cinsindən asılı olmayaraq, eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsi hesab ediləcək. İşəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olacaq. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq sonuncu oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

01.05.2026 12:58
4052