London hərəkətə keçdi: Starmer Zelenskidən sonra Trampla danışdı

Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ Prezidenti Donald Trampla Ukraynadakı münaqişənin həlli planını müzakirə etmək üçün telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, məlumatı Sky News Baş Nazir Ofisinin sözçüsünə istinadən yayıb. Sözçü bildirib ki, liderlər danışıqlar qruplarına 23 noyabrda Cenevrədə keçiriləcək görüşdə Ukrayna planını müzakirə etməyə davam etməyi tapşırıblar.

Qeyd olunur ki, Starmer Trampla söhbətindən əvvəl Vladimir Zelenskiyə zəng edib. Böyük Britaniya baş nazirinin sözçüsü əlavə edib ki, Starmer və Tramp 23 noyabrda yenidən telefon danışığı aparmağı planlaşdırırlar.

Musavat.com

 

23.11.2025 02:51
709