Lalə Məmmədova həbsdən necə çıxıb?

“By Ella” ləqəbi ilə tanınan bloger Lalə Məmmədovanın həbsdən azad olunması təsdiqlənib.

İyulun 30-da barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilən Lalə Məmmədovanın təqsirliyi sübuta yetirilmədiyi üçün barəsindəki işə xitam verilib.

O, istintaq orqanı tərəfindən ötən gün, yəni avqustun 19-da həbsdən azad edilib./Lent.az

20.08.2026 15:33
1064