“Ermənistanın baş naziri Nikol Paşinyan ictimaiyyətə "Avropa İttifaqına keçid" barədə açıq danışmır və Avrasiya İqtisadi Birliyindən mümkün çıxmanın nəticələrini gizlədir”.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin “Max” kanalında yazıb.
Siyasətçi AİB-dən çıxmağın Ermənistan üçün konkret nəticələrini açıqlayıb. "Sakinlər üçün qazın qiyməti təxminən dörd dəfə artacaq; hazırda ildə təxminən 4 milyard dollar (bütün köçürmələrin üçdə ikisi) təşkil edən Rusiyadan Ermənistana sərhədyanı pul köçürmələri kəskin şəkildə azaldılacaq; Rusiyaya giriş üçün immiqrasiya imtiyazları ləğv ediləcək və işə qəbul yalnız patentlə mümkün olacaq; Ermənistandan ölkəmizə çiçək, giləmeyvə, meyvə, tərəvəz (bibər daxil olmaqla), balıq, spirtli içki və mineral su daşınması dayandırılacaq", - Dövlət Dumasının sədri bildirib.
Qeyd edək ki, Volodindən öncə eyni fikirləri prezident Vladimir Putin və digər siyasətçilər də dilə gətiriblər. Məqsəd erməni xalqını əndişələndirərər 7 iyun seçkisində Paşniyanın əleyhinə səs verməyə sövq etməkdir.
Musavat.com