Kremlin erməni müxalifəti Kərki əhalisinə pul paylamağa başladı – Yeni həmlə

Ermənistan parlamentindəki müxalif “Güclü Ermənistan” qüvvəsinin nümayəndələri Müstəqillik Günü münasibətilə aldıqları mükafat pullarını Kərki kəndində yaşayan sakinlərin gündəlik ehtiyaclarına yönəltmək qərarına gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə fraksiyanın katibi Tiqran Abramyan sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, deputatların aldıqları mükafat pulları Kərki kəndinin sakinlərinin gündəlik ehtiyaclarının qarşılanmasına sərf olunacaq.

Abramyan bildirib ki, vəsaitlərin necə xərclənməsi ilə bağlı ətraflı və açıq hesabat yaxın həftələrdə ictimaiyyətə təqdim ediləcək.

Ermənistanın baş naziri Nikol Paşinyanın dəfələrlə Kərkinin Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinə daxil olmadığını açıq şəkildə bildirməsi və kənddən danışarkən birbaşa “Kərki” adını işlətməsindən sonra Kremlin Ermənistandakı əsas müxalif dayaqlarından olan “Güclü Ermənistan”ın kənd sakinlərinə pul ayırması diqqət çəkir.

Musavat.com

19.09.2026 23:51
1920