Kremlin adamı danışdı: "Ermənistanın taleyi Bakı və Ankaradan asılıdır"

Ermənistanın geosiyasi gələcəyi ilə bağlı Rusiyadan diqqətçəkən açıqlama səslənib.

Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Ermənistanın hazırkı vəziyyəti və regionda gedən proseslər barədə danışıb.

O, Tramp marşrutu (Zəngəzur dəhlizi) layihəsini İranın əhatəyə alınmasına yönəlmiş layihə kimi qiymətləndirib və bildirib ki, bu ssenaridə Ermənistana da ayrıca rol ayrılıb.

Zatulinin sözlərinə görə, layihədə Avropa ölkələrinin iştirakı nəzərdə tutulmur. O qeyd edib ki, Ermənistan hazırda ilk növbədə Azərbaycan və Türkiyənin davranışından asılı vəziyyətdə qalır.

Rusiyalı siyasətçi əlavə edib ki, Ermənistanın geosiyasi seçimi Rusiya ilə Türkiyə arasında formalaşır.

Musavat.com

02.06.2026 19:29
1382