Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisindəki hədəflərə endirdiyi kütləvi raket və PUA zərbələrinə münasibət bildirib.
Musavat.com xəbər verir ki, Kreml rəsmisi bu hücumların Kiyev administrasiyasının son aylardakı addımlarına cavab xarakteri daşıdığını vurğulayıb.
Peskov bəyanatında Kiyevin hərəkətlərinin cavabsız qalmayacağını qeyd edərək deyib: "Kiyev son aylarda atdığı addımlara görə bədəl ödəməli idi və hazırda baş verənlər məhz budur. Rusiya elə addımlar atmalıdır ki, bir daha heç kim ölkəmizə sarsıdıcı zərbələr endirmək planlarını elan etməyə belə cürət etməsin".
Kremlin bu açıqlaması Rusiyanın Ukraynanın hərbi və kritik infrastrukturlarına qarşı hava zərbələrini davam etdirəcəyini və cavab tədbirlərini daha da sərtləşdirəcəyini göstərir.
Musavat.com