“Komedixana”nən aktrisası Safari səhrasında - Fotolar

“Komedixana” layihəsi ilə tanınan aktrisa Xəyalə Quliyeva istirahət üçün Dubaya yollanıb.

Musavat.com xəbər verir ki, aktrisa səfəri zamanı səhraya təşkil edilən turda iştirak edib. O, səhrada çəkilmiş fotolarını şəxsi “Instagram” hesabında izləyiciləri ilə bölüşüb. Paylaşımda Xəyalə Quliyeva ağ libasda, Dubay səhrasının füsunkar mənzərəsi fonunda görüntülənib.

Fotoya yazdığı qeyddə aktrisa “Səhralar olmasa, ağacların qədrini bilmərik…” – sözlərini qeyd edib.

Paylaşım sosial şəbəkələrdə maraqla qarşılanıb və qısa zamanda minlərlə bəyənmə toplayıb.

Könül, Musavat.com 

 

IMG_9665.jpeg (156 KB)

22.01.2026 01:32
2005