Kolumbiya da Gripen alır - 4,4 milyardlıq müqavilə

Kolumbiya İsveçdən 4,4 milyard dollardan çox məbləğə 17 Saab Gripen qırıcı təyyarəsi almaq üçün müqavilə imzalayıb.

Musavat.com xəbər verir ki, məlumatı Kolumbiya Prezidenti Qustavo Petro açıqlayıb: "Kolumbiya Müdafiə Nazirliyi ilə İsveç şirkəti Saab arasında 16,5 trilyon Kolumbiya pesosu (4,4 milyard dollardan çox – red. ) dəyərində olan müqavilə hazırda yekunlaşdırılır. Müqavilənin şərtlərinə görə, 17 yeni Gripen təyyarəsi təhvil veriləcək".

Kolumbiya 35 il əvvəl əldə etdiyi İsrail "Kfir" qırıcı təyyarələrini əvəz etmək üçün Gripen-ləri alıb. 22 köhnəlmiş təyyarənin texniki xidməti Boqotanın 2024-cü ilin may ayında Qəzza zolağındakı hərbi əməliyyatdan sonra İsrail ilə diplomatik əlaqələri kəsməsi ilə daha da çətinləşib.

Musavat.com

15.11.2025 08:58
664