Ukraynanın paytaxtı Kiyevdə vəziyyətin ciddi şəkildə gərginləşdiyi bildirilir.
Musavat.com xəbər verir ki, Kiyev meri Vitali Kliçko Rusiyanın qış ərəfəsində paytaxta və şəhərin infrastrukturuna zərbələri gücləndirdiyini bildirib.
“Düşmən Kiyevi dağıdır: infrastrukturu, həyati təminat obyektlərini, logistika qovşaqlarını, yaşayış binalarını və sosial obyektləri. Təcavüzkar yenidən enerji sektorunu məhv etməyə başlayıb”, – Kliçko deyib.
Kiyev meri sakinləri şəhərdə adi dinc həyatın davam edəcəyinə arxayın olmamağa çağırıb.
Məlumata görə, zərbələr nəticəsində Dnepr çayı üzərindən nəqliyyat əlaqəsi də zərər görüb.
Musavat.com