“Kızılcık şerbeti”ndə gözlənilməz ayrılıq

“Kızılcık şerbeti” serialının beşinci mövsüm hazırlıqları davam edərkən layihədə gözlənilməz ayrılıq yaşanıb.

Musavat.com xəbər verir ki, “Show TV”nin “Gold Film” istehsalı olan məşhur serialının ilk bölümündən etibarən aktyor heyətində yer alan Aliye Uzunatağan layihəyə vida edib.

Aktrisanın canlandırdığı “Sönmez” obrazı tamaşaçıların ən çox sevdiyi personajlardan biri hesab olunurdu.

Məlumata görə, yeni mövsüm öncəsi tərəflər arasında aparılan danışıqlar müsbət nəticələnməyib. İddialara əsasən, aktrisa ilə prodüser şirkəti arasında maliyyə şərtləriylə bağlı razılıq əldə olunmadığından əməkdaşlığa son verilib.

Qeyd edək ki, mövsüm finalında “Sönmez” obrazının infarkt keçirməsi personajın taleyi ilə bağlı müxtəlif ehtimallar yaratmışdı.

Könül
Musavat.com

1331391.jpg (84 KB)

02.06.2026 03:12
537