Kəlbəcərdəki yanğın Laçına keçdi - VİDEO

Kəlbəcərdə açıq ərazidə başlayan yanğın hadisəsi genişlənərək Laçın rayon ərazisinə keçib.

Hazırda yanğın hadisəsi Laçın rayonunun adsız yüksəkliklərində quru ot massivində davam edir.

Əraziyə FHN-in Laçın, Kəlbəcər, Gəncə və Tərtər rayonlarından yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirir. (Qafqazinfo)

30.11.2025 13:26
633