Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı

Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapılıb.

Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan və axtarışları davam edən 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun meyiti Fövqaladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən tapılaraq adiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma aparılır.//Report

16.07.2026 16:35
527