Karapetyanın yaxın adamı HƏBS EDİLDİ

Ermənistanda məhkəmə "Güclü Ermənistan" blokunun lideri, Rusiya-Ermənistan iş adamı Samvel Karapetyanın ən yaxın silahdaşlarından biri olan Alik Aleksanyana qarşı iki aylıq həbs qətimkan tədbiri seçib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb.

A.Aleksanyana qarşı xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması (çirkli pulların yuyulması) və seçicilərin ələ alınması (seçki rüşvəti) ittihamları irəli sürülüb.

Ermənistan İstintaq Komitəsinin versiyasına görə, Aleksanyan "Özünəməxsus" (Po-svoyemu) adlı ictimai təşkilatın təsisçisi və icraçı direktoru olaraq, 2025-ci ilin oktyabrından 2026-cı ilin martınadək "Taşir" fondundan hədiyyə və borc adı altında təxminən 4,4 milyon dollar və 230 min avro vəsait əldə edib.

Musavat.com

03.06.2026 12:56
345