İtkin balıqçının meyiti sahilə belə çıxarıldı – VİDEO

Xəbər verdiyimiz kimi, dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda itkin düşən digər şəxs - 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir.

Musavat.com balıqçının meyitinin sahilə çıxarılması ilə bağlı görüntüləri təqdim edir:

Şahanə Rəhimli
Musavat.com

19.12.2025 15:52
907