İsveçrədəki sülh sammitinə kimlər getdi?



Tədbirin keçirilməsi üçün 10-15 milyon İsveçrə frankı xərclənəcək ki, bunun təxminən üçdə ikisi təhlükəsizlik tədbirlərinə ayrılıb

İsveçrə bu gün Bürgeştokda açılacaq və iki gün davam edəcək sülh sammitində iştirak edəcək 92 dövlətin və 8 təşkilatın siyahısını açıqlayıb.

57 ölkə dövlət və ya hökumət başçıları səviyyəsində, 29 ölkə nazirlər səviyyəsində, altı ölkə isə səfir səviyyəsində təmsil olunacaq Sammitdə avropalı siyasətçilər arasında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Fransa (Emmanuel Makron), Çexiya (Petr Pavel), Finlandiya (Alexander Stubb), Litva (Gitanas Nauseda), Latviya prezidentləri olacaq . Almaniyanı kansler Olaf Şolz, Avstriyanı isə kansler Karl Nehammer edəcək. Böyük Britaniyanın (Rishi Sunak), İtaliyanın (Georgia Meloni), Estoniyanın (Kaya Kallas) baş nazirləri, Macarıstanın (Peter Szijjarto) və Serbiyanın xarici işlər nazirləri (Marko Djuric) tədbirə gələnlər sırasındadır.

ABŞ-ı vitse-prezident Kamala Harris, Kanadanı isə baş nazir Castin Trüdo təmsil edəcək. Cənubi Amerika ölkələrindən Argentina (Prezident Xavyer Miley), Braziliya (müşahidəçi qismində, Francesca Buzzi), Ekvador (Prezident Daniel Noboa), Meksika (Xarici İşlər Naziri Alisiya Barcena) tədbirdə iştirak edir.
1712805418-Switzerland-Conference.jpg (87 KB)
Yaxın Şərq dövlətlərindən Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani, Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zəyani, İsraili isə Knessetin keçmiş sədri, Ukrayna əsilli Yoel Edelstein təmsil edir.

MDB ölkələri və Rusiyanın qonşuları arasında Ermənistandan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Gürcüstandan Prezident Salome Zurabişvili iştirakını təsdiqləyib.Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edir.

Sammitdə Asiya ölkələrindən Yaponiyanın baş naziri Fumio Kişida, Hindistanı isə Rusiyadakı keçmiş səfir Kapur Pavan təmsil edəcək.
Afrikadan isə Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi, Somali prezidenti Həsən Şeyx Mahmud, Cənubi Afrika Nazirlər Kabinetinin keçmiş üzvü Sidney Mufamadi və başqaları təmsil olunacaqlar.

BMT müşahidəçi qismində iştirak edəcək.
İsveçrə Federal Xarici İşlər Nazirliyinin (XİN) saytında bildirilir ki, sülh sammiti üçün büdcə limiti 10-15 milyon İsveçrə frankı müəyyən edilib və bunun təxminən üçdə ikisi təhlükəsizlik tədbirlərinə ayrılıb. Dəqiq xərclər isə sammitdən sonra açıqlanacaq.

Bir otelin saytında deyilir ki, qonaqlar buraya qayıq və kanat yolu, avtomobil və ictimai nəqliyyat, hətta şəxsi təyyarə ilə gələ bilərlər. Təkcə polis deyil, həm də Federal Şuranın ayırdığı 4000 hərbçi dünya liderlərini və diplomatları qoruyacaq. İsveçrə Hərbi Hava Qüvvələri hava yolunu iyunun 13-də səhər saat səkkizdən iyunun 17-də axşam səkkizə qədər müvəqqəti olaraq məhdudlaşdırıb .


Musavat.com

15.06.2024 12:51
1796