ABŞ prezidenti Donald Tramp İsrail ilə Hizbullah arasında mövcud atəşkəsin daimi olacağına ümid etdiyini bildirib.
Musavat.com xəbər verir ki, o, bu barədə Truth Social-da paylaşım edib:
"Bu gün Bibi ilə (Benyamin Netanyahu-red.) danışdım və ondan Livanın Beyrut şəhərinə böyük basqın etməməsini xahiş etdim. O, qoşunlarını geri çəkib.
Təşəkkür edirəm, Bibi! Mən həmçinin Hizbullah liderlərinin nümayəndələri ilə danışdım və onlar İsrailə və onun əsgərlərinə atəş açmağı dayandırmaq barədə razılığa gəldilər. Eynilə, İsrail də onlara atəş açmağı dayandırmaq barədə razılığa gəldi".
Trampın razılaşmanın nə qədər davam edəcəyinə dair ehtimalı yoxdur: "Görəcəyik ki, bu nə qədər davam edəcək - ümid edirəm ki, daimi olacaq".
Musavat.com