İsrail ordusu Livanın cənubundakı Hizbullah hədəflərinə qarşı yeni zərbələr endirib.
Musavat.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, cavab zərbələri Hizbullah-ın Livanın cənubundakı təhlükəsizlik zonasında yerləşən İsrail qoşunlarına iki dron atması ilə təhrik edilib. Heç bir əsgər xəsarət almayıb.
Cavab olaraq, İsrail ordusu Livanın cənubuna növbəti zərbələr endirib.
Musavat.com