İrəvandakı aksiyada 86 nəfər saxlanılıb, 50-dən çox yaralı var

Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyası zamanı 86 vətəndaş saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"İlkin məlumatlara görə, altı polis əməkdaşı yaralanıb və onların hamısı xəstəxanadadır", - idarədən bildirilib.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, İrəvanın Baqramyan prospektində etiraz aksiyası dağıdılandan sonra 55 nəfər həkimə müraciət edib.

"Xəsarətlər əsasən yüngül və orta ağırdır", - nazirlikdən qeyd ediblər. Zərərçəkənlər arasında polis əməkdaşları da var.

Qeyd edək ki, polis iyunun 12-də İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən səs bombalarından istifadə edib. 

12.06.2024 21:55
513