İran XİN-dən ABŞ-la bağlı TƏKZİB: "Cəfəngiyyat və yalandır"

İran Xarici İşlər Nazirliyi ölkənin nümayəndə heyətinin Birləşmiş Ştatlar ərazisindən qovulması ilə bağlı yayılan məlumatları rəsmən təkzib edib.

Musavat.com xəbər verir ki, İran diplomatiyası bu iddiaları tamamilə əsassız və həqiqətdən uzaq adlandırıb.

İran XİN-in bəyanatında bildirilir: "İran nümayəndə heyətinin ABŞ-dən qovulması barədə iddialar absurddur və tamamilə yalandır. Birləşmiş Ştatlar İranın BMT-nin işində iştirakına mane olmağı və ya ölkəmizi təcrid olunmuş şəkildə təqdim etməyi bacarmadığı üçün belə cəfəng uydurmalar yaymağa əl atıb".

Rəsmi Tehran Vaşinqtonun bu cür dezinformasiya vasitəsilə beynəlxalq ictimaiyyəti yanıltmağa çalışdığını və İranın BMT çərçivəsindəki diplomatik fəaliyyətini nəzərdə tutulan qaydada davam etdirdiyini vurğulayıb.

Musavat.com

04.10.2026 14:34
728