İqor Kşnyakinin qızından TƏSİRLİ SÖZLƏR: "Uçuşdan bir gün əvvəl..."

“Bizim belə bir adətimiz vardı: axşamlar evdə birgə çay süfrəsi arxasında oturardıq və atam bizə uçuşlarından danışardı”.

Musavat.com xəbər verir ki, bunu pilot İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina deyib. O bildirib ki, uçuşdan bir gün əvvəl atam Qroznıya uçacağını bilirdi və buna görə də havaya baxıb:

“Dedi ki, uçuşu bitirən kimi evə qayıdacaq. Çünki o, Yeni İli bizimlə qeyd etmək istəyirdi. Bu, onun ən sevimli bayramı idi. Ancaq o, gəlmədi”.

Şahanə Rəhimli
Musavat.com

25.12.2025 09:40
1042