İmişlidə karxanada bədbəxt hadisə: Ölən var

İmişlidə yerləşən çınqıl karxanasında bədbəxt hadisə baş verib.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, Sabirabad rayon sakini, 1966-cı il təvəllüdlü Mansur Həsənov yük maşınına çınqıl yükləyən zaman ekskavatorun ön hissəsi onun başına dəyib.

Nəticədə M.Həsənov ağır xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

15.11.2025 22:58
973