II Qaregin Paşinyanı tövbə etməyə çağırıb

Bütün ermənilərin katolikosu II Qaregin iyunun 2-də jurnalistlərlə görüşdə onunla görüşmək istəsə, Nikol Paşinyanı qəbul edib-etməyəcəyi barədə suala cavab verib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. “Onun gəliş məqsədini dərk etməliyik. Günah törətmiş hər kəs etdiyi səhvlərə görə tövbə etməlidir”, - katalikos deyib. Qaregin bildirib ki, o halda və Uca Yaradan tərəfindən bağışlanar.

Hələlik Paşinyanın katalikosa cavabı məlum deyil.

Qeyd edək ki, N.Paşinyan II Qaregini kilsə andını pozmaqda və uşaq sahibi olmaqda ittiham edib.

Musavat.com

02.06.2026 21:46
645