"İdrak" liseyində şagirdi tərəfindən vurulan müəllim HARADADIR?

Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimə Şəhla Kamilovanın müalicəsi ev şəraitində davam etdirilir.

Musavat.com bu barədə Oxu.Az-a istinadən xəbər verir.

Məlumata görə, müəllimənin vəziyyəti yaxşı olaraq qiymətləndirilir. Lakin, o, hələ "İdrak" liseyindəki işinə geri dönməyib.

24.02.2026 14:06
977