Husilərin atdığı mərmi Səudiyyədə dağıntı və xəsarətə səbəb olub

Yəmən üsyançı hərəkatı Ənsar Allah (Husilər) tərəfindən Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan bölgəsinə atılan mərmi nəticəsində ən azı iki nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, məlumatı Krallığın Mülki Müdafiə Xidmətinin sözçüsü yayıb. Açıqlamaya görə, 12 sentyabrda Mülki Müdafiə Xidməti Husi terror qruplaşması tərəfindən atılan mərmi barədə məlumat alıb. Nəticədə iki nəfər yaralanıb, məscidə, bir neçə binaya və nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Mətbuat katibi hadisənin "beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması" olduğunu vurğulayıb.

Musavat.com

13.09.2026 08:51
643