ABŞ-İran münasibətlərinin yenidən gərginləşməsi neft-qaz bazarlarında dərhal əks olunmağa başlayıb.
Musavat.com xəbər verir ki, bazar günü ABŞ Hərbi Dəniz Qüvvələrinin İran gəmisini ələ keçirməsi, ardınca Tehranın Avropa gəmilərini atəşə tutması və Hörmüz boğazına nəzarəti yenidən bərpa etməsindən sonra neft və təbii qazın qiymətləri kəskin şəkildə artıb.
Londonun ICE birjasında Brent markalı xam neftin fyuçersləri 7,9 faiz artaraq 96 dolları keçib. Niderlandın TTF birjasınd isə qaz qaz qiymətləri 11 faiz artıb.
Neft qiymətləri hazırda 95-96 dollar aralığında hərəkət edir. Lakin analitiklərə görə, Hörmüzdə gərginlik artan xətt üzrə inkişaf edərsə, qiymətlər yenidən 110-115 dollar həddinə qayıdacaq.
Musavat.com