Hollandiyanın rus sakini: “Bizə qarşı ayrı-seçkilik var”

Hollandiya sakini Anna Fetisova jurnalistlərə vətəndaşı olduğu ölkədəki rusofobiyadan danışıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qadının dediyinə görə, onun uşağı rus dilində danışmaqdan qorxur və o özü də əri ilə küçədə bir-biri ilə eyni qorxudan yalnız hollandca danışır.

“Mətbuatda yaxşı hesablanmış nifrət yayılır və gündəlik səviyyədə daha da çoxdur. Hər həftə Avropadakı rus casusları ilə bağlı yeni bir məqalə çıxır”, - deyə o bildirib.

Anna qeyd edib ki, ruslara qarşı etnik zəmində ayrı-seçkilik halları artıq insan haqları məhkəməsində qeydə alınıb. Fetisova etiraf edib ki, iki il əvvəl o, Hollandiyanın tolerantlığına və söz azadlığına inanırdı, lakin zaman artıq onu əksinə inandırıb.

"İndi mən nəinki ikinci dərəcəli deyiləm, bir mühacir, bir Rusiya vətəndaşı kimi, cəzasız nifrət obyektinə çevrilmişəm", - o deyib.

Daha əvvəl rus fəal Yelena Kolbasnikova rusofobiya və hakimiyyətin təzyiqləri səbəbindən Almaniyadan Rusiya Federasiyasına qayıtdığını bildirmişdi.

Anna Fetisova avropalıların xüsusilə də hollandların nədən ruslara qarşı belə bir ovqata köklənməsinin səbəblərindən danışmayıb.

Musavat.com

12.06.2024 16:20
405