Hökumət üzvləri yenidən parlamentdə

Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb.

Musavat.com-un parlament müxbirinin məlumatına görə, spiker Sahibə Qafarovanın sədrlik etdiyi iclasda hökumət üzvləri də iştirak edir.

Qeyd edək ki, 2 və 3 dekabr tarixli iclaslarının gündəliyinə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) və büdcə zərfinə daxil olan digər qanun layihələri daxil edilib.

E.Paşasoy,
Musavat.com

02.12.2025 11:09
787