ABŞ Federal Təhqiqat Bürosu (FTB) Donald Tramp administrasiyasının dərc etdiyi yeni UFO sənədləri çərçivəsində yüzlərlə fayl, foto və videonu ictimaiyyətə təqdim edib.
Musavat.com xəbər verir ki, açıqlanan materiallar arasında 1966-cı il 19 oktyabr tarixli daxili FTB sənədi də yer alıb. Sənəd San-Fransiskodan FTB direktoru Con Edqar Huverə göndərilib.
Sənəddə bildirilir ki, 1965-ci il dünyada UFO müşahidələrinin ən çox qeydə alındığı dövr hesab olunub. Şahidlərin sözlərinə görə, naməlum uçan obyektlər səs çıxarmadan havada dayanır, ani şəkildə fantastik sürətlərə çatır və elektromaqnit avadanlıqları sıradan çıxarırdı.
Bir neçə şahid isə obyektlərdən çıxan ekipaj üzvlərini gördüklərini iddia edib. Onların boyunun təxminən 3,5–4 fut (təxminən 122 santimetr) olduğu, xüsusi kostyum və dəbilqə geyindikləri bildirilib.
Sənəddə həmçinin naməlum metallardan hazırlanmış və mikroskopik kürəciklərdən ibarət olduğu deyilən qəzaya uğramış uçan boşqab qalıqlarından da bəhs olunur.
Qeyd edilir ki, sənəd Silahlı qüvvələr — UFO-lara fokuslanır adlı məqalənin yayılması məqsədilə hazırlanıb. UFO məlumatlarının açıqlanmasını uzun müddətdir tələb edən konqresmen Tim Byorçett isə yayımlanan sənədləri gələcək açıqlamaların yanında okeanda damla adlandırıb.
Musavat.com
