HƏMAS liderinin bacısı ÖLDÜRÜLDÜ

HƏMAS hərəkatı Siyasi Büronun rəhbəri İsmayıl Haniyənin bacısının Qəzza zolağında ölməsi ilə bağlı məlumatı təsdiqləyib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın rəsmi Telegram kanalında dərc olunub.

“Əl-Şati qaçqın düşərgəsində Haniyə ailəsinin evinə zərbələr endirilib, HƏMAS lideri İsmayıl Haniyənin bacısı da daxil olmaqla 10 mülki sakin həlak olub", - məlumatda deyilir.

Qəzza Səhiyyə Nazirliyi İsrail hərbçilərinin gün ərzində keçirdiyi əməliyyatlar nəticəsində həlak olanlarla bağlı hələlik dəqiq məlumat verməyib.

Qeyd edək ki, çərşənbə axşamı səhər “Əl-Ərəbiyyə” telekanalı HƏMAS liderinin bacısı Zuhər Əbdüs-Səlam Haniyənin anklavda öldüyü barədə məlumat yayıb. Bildirilib ki, Əl-Şatidə Haniyyənin evinin atəşə tutulması nəticəsində 13 nəfər həlak olub.

Xatırladaq ki, aprelin 10-da İsrail ordusunun Qəzzanın şimalındakı qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində Haniyyənin üç oğlu və dörd nəvəsi həlak olub. 

@@TVmusavat/89176@@

Musavat.com

25.06.2024 14:00
804