Ölkə ərazisində yağıntılı hava davam edir.
Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında 9 mm yağıntı qeydə alınıb. Bu, aylıq yağıntı normasının 32 faizini təşkil edir.
Respublikanın rayonlarında ən çox yağıntı Astara və Yardımlıda qeydə alınıb. Belə ki, Astarada 14 mm, Yardımlı və Şirvanda 12 mm, Lənkəran və Neftçalada 10 mm, Lerikdə isə 9 mm yağıntı düşüb.
Zaqatala, Sabirabad, Şahbuz, Şəki, Balakən, Qobustan, Ordubad, Gədəbəy, Tovuz, Daşkəsən, Quba, Qax, İmişli, Naxçıvan, Şərur, Culfa, Sədərək, Göygöl, Şəmkir, İsmayıllı, Oğuz, Şamaxı, Qusar, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Biləsuvar, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə isə 1-7 mm yağıntı qeydə alınıb.
Musavat.com