"Günayın etdiyini düşmən-düşmənə etməz" - Bəstəkardan qalmaqallı sözlər

Bəstəkar Pərviz Mahmudov müğənni Günay İbrahimli ilə aralarında yaşanan qalmaqala aydınlıq gətirib.

Musavat.com xəbər verir ki, RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində danışan bəstəkar Günayın ifa etdiyi “Dəlisiyəm gecənin” mahnısının müəllifi olduğunu bildirib.

O qeyd edib ki, müğənni bu mahnını icazəsiz ifa edərək gəlir əldə edib, lakin müəllif kimi ona qonorar ödənilməyib. Mahmudov vəziyyətdən narazılığını belə ifadə edib:

“Günayın mənə etdiyini düşmən-düşmənə etməz”.

Könül
Musavat.com

14.11.2025 15:03
931