Güclü külək ağacı aşırdı, 15 kənd işıqsız qaldı - VİDEO

Oğuz rayonunda güclü külək elektrik dirəklərini aşırıb, ağacları yıxıb və bir çox kənddə elektrik enerjisinin verilişində fasilələr yaradıb.

Musavat.com-un məlumatına görə, külək rayonun bəzi ərazilərində elektrik dirəklərini aşırıb.

Bundan başqa, Qumlaq-Xalxal avtomobil yolunda irigövdəli ağac aşıb və elektrik naqillərini qırıb.

Hadisələr səbəbindən Dəymədərə, Yemişənli, Xaçmaz, Xaçmaz Qışlaq, Sincan, Dəymədağlı, Mollalı, Tərkeş, Xalxal, Ərmənət, Qumlaq, Şirvanlı, Tayıflı, Çaldaş və Böyük Söyüdlü kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində iş aparır.

 

Musavat.com

29.05.2026 23:08
764