Göygöldə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ" ilə "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 1 nəfərin öldüyü bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

26.08.2026 00:04
542